Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mingəçevirdə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi saxlanılıb - FOTO






Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yasin Fərzəliyevə ev şəraitində müalicə təyin edilsə də, ancaq o, özünütəcrid qaydalarına riayət etməyərək yaşadığı ünvanı tərk edib. Dərhal onun şəhər ərazisindəki olduğu ünvan müəyyən edilib və həkim briqadası dəvət olunub.

Y.Fərzəliyevlə profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.

Məsələ ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır. 







Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də