Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə səfər edib.
Bu barədə TASS məlumat yayıb.
Lavrov “Bir kəmər - bir yol” beynəlxalq forumunda iştirak edəcək. Forum çərçivəsində onun çinli həmkarı Van Yi ilə görüşü planlaşdırılır. Səfərin oktyabrın 18-də başa çatacağı gözlənilir.
Forumda Rusiya prezidenti Vladimir Putinin də iştirak edəcəyi planlaşdırılır. O, Çin lideri Si Cinpinlə üzbəüz formatda görüşəcək.