BMT sülhməramlıları bildiriblər ki, onların qərargahı Livanın cənubunda raket hücumuna məruz qalıb.
Bu barədə Reuters məlumat yayıb.
Qeyd olunur ki, raket Livanın cənubundakı Naqura şəhərindəki BMT sülhməramlı missiyasının qərargahına Livanın Hizbullah hərəkatı ilə İsrail arasında atışma zamanı düşüb.
Daha əvvəl bildirilmişdi ki, İsrail hökumətinin 1,1 milyon fələstinlinin Qəzza zolağının cənubuna təxliyəsi tələbi insanlıq prinsipləri və döyüş qaydalarına ziddir. Bu barədə BMT baş katibinin humanitar məsələlər və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits bildirib.
O əlavə edib ki, davam edən döyüşlər fonunda "qorxmuş və travma almış" insanların geri çəkilməsi təhlükəli ola bilər.