
RegionTv.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 yanvar çalışan jurnalistlər günü münasibətilə təbrik mesajında bildirib.
“Cəmiyyətin xəbərə olan tələbatının təmin olunması və düzgün məlumatlandırılması baxımından media demokratiyanın mühüm bir elementi olaraq gündəmə gəldi. Ədalətli mətbuatımız və jurnalistlərimizin ölkəmizə sülhün, əmin-amanlığın və inamın möhkəmlənməsində böyük payları var. Onların bundan sonra da ictimaiyyəti düzgün məlumatlandırma vəzifələrini yerinə yetirəcəklərinə və demokratiyamıza töhfə verməyə davam edəcəklərinə inanıram”, – Türkiyə prezidenti vurğulayıb.