ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Farhan Əl-Səudlə görüşüb.
Bu barədə Blinken "X" hesabında məlumat yayıb.
Görüşdə HAMAS-ın İsrailə qarşı hücumları müzakirə olunub və münaqişənin regionda yayılmasının qarşısını almağın vacibliyi vurğulanıb.
"Biz həmçinin Yəmən və Sudandakı münaqişələrə son qoymaq üçün işi davam etdirmək qərarına gəldik", - Blinken bildirib.