İsrail Müdafiə Qüvvələri Qəzza zolağındakı əməliyyatı genişləndirmək istəyir.
Bu barədə "Times of Israel" nəşri yazıb.
“Geniş maddi-texniki təchizat səyləri ilə dəstəklənən və yüz minlərlə ehtiyatda olan əsgərin səfərbər edilməsini başa çatdıran İsrail ordusu havadan, dənizdən və qurudan hərtərəfli və əlaqələndirilmiş hücumu da əhatə edən geniş spektrli hücum əməliyyat planlarını həyata keçirməyə hazırlaşır”, - deyə məlumatda bildirilir.
İsrail əsgərlərinin ölkə daxilində səfərbər edildiyi və "əhəmiyyətli quru əməliyyatlarına diqqət yetirməklə" müharibənin növbəti mərhələsinə keçməyə hazır olduqları vurğulanıb.