Böyük Britaniyanın BBC telekanalının baş ofisinə qırmızı boya töküblər.
Hadisə Londonda fələstinlilərlə həmrəylik üçün planlaşdırılan etiraz yürüşündən bir neçə saat əvvəl baş verib.
Bildirilir ki, BBC HƏMAS qruplaşmasının üzvlərini terrorçu adlandırmaqdan imtina edib və bu, Britaniya cəmiyyətində qızğın müzakirələrə səbəb olub.
Hadisə ilə bağlı araşdırma aparılır.