Qəzza zolağında ikili vətəndaşlığı olan 300-ə yaxın Türkiyə vətəndaşı var.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə keçirilən mətbuat konfransında məlumat verib.
"Biz təxliyə ilə bağlı Misir hakimiyyəti və İsrail hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edirik. İkili vətəndaşlığı olan 300-ə yaxın Türkiyə vətəndaşımız var. Onlardan 30-u təxliyə edilib. Onların siyahısı müvafiq orqanlara verilib. Lazımi işlər həyata keçirilir", - deyə o bildirib.