Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Astanada ÜST sessiyası keçiriləcək



Oktyabrın 24-26-da Astanada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional komitəsinin 73-cü sessiyası keçiriləcək.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Qazaxıstan hökuməti, ÜST və BMT-nin Uşaq Fondu (UNICEF) 2023-cü il oktyabrın 22-23-də Astanada Almatı deklarasiyasının qəbulunun 45-ci və Astana deklarasiyasının qəbulunun 5-ci ildönümünə həsr olunan İlkin səhiyyə-sanitar yardımı üzrə qlobal konfrans, oktyabrın 24-26-da isə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional komitəsinin 73-cü sessiyasını keçirəcək”, - deyə məlumatda bildirilir.

 Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun, UNICEF-in icraçı direktoru Ketrin Rasselin, ÜST-nin Avropa regional komitəsinin rəhbəri Hans Klügenin iştirakı gözlənilir. Plana əsasən, Qazaxıstanın paytaxtına ÜST üzvlərinin 80 rəsmi nümayəndə heyəti gələcək. Ümumilikdə isə tədbirə 600-650 nümayəndə üzbəüz, mindən çox nümayəndə isə online rejimdə qatılacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də