Amerikalı milyarder Corc Soros tərəfindən qurulan 25 milyard dollarlıq beynəlxalq fondlar şəbəkəsi işçilərinin 40 faizindən çoxunu ixtisar etməyi planlaşdırır.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilir ki, Soros dünya üzrə ofislərini bağlayır.
Agentliyin məlumatına görə, Sorosun Açıq Cəmiyyət Fondunun Afrika ofisinin əməkdaşları keçən həftə ofisin bağlanması ilə bağlı məktublar alıblar.
Qeyd edək ki, Soros fondu hər il 1 milyard dollardan çox qrant verir.