Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.
regiontv.info dovrunnabzi.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin əmrinə əsasən, Polis polkovnik-leytenantı, Natiq Əliyarov Qazax rayonu Daş Salahlı polis bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Məlumat üçün qeyd edək ki, Polis polkovnik-leytenantı, Natiq Əliyarov, 2005-ci ildən DİO-da xidmət edir. Bir çox vəzifələrdə xidmət edib. Belə ki əvvəllər Gəncə şəhər Baş polis idarəsində ictimai təhlükəsizlik idarəsində inspektor, müstəntiq, baş müstəntiq, əməliyyat müvəkkili, Göyçay və Qazax RPŞ-də əməliyyat müvəkkili vəzifələrində, sonuncu dəfə Qazax RPŞ-nin şəxsi heyət üzrə rəis müavini vəzifəsində xidmət etmişdir.
07 oktyabr 2023-cü il tarixdə cənab nazir tərəfindən tutduğu vəzifədən azad edilərək, Qazax rayonu Daş Salahlı polis bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir.