Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Deputatlar irad bildirdi, nazir müavini razılaşdı



"Deputatların qanunda büdcə təşkilatlarının olmaması ilə bağlı iradları haqlıdır”.

Bbunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

 “Qanuna bu müddəa salınsa, bu prosesi yalnız dəstəkləyə bilərik. Həmçinin müsbətə doğru düzəliş kimi qeyd edə bilərik”,- deyə o bildirib. 

 Qeyd edək ki, komitə iclasında çıxış edən deputatlar dəyişiklikdə büdcə təşkilatlarının olmaması ilə bağlı sual səsləndirmişdi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də