12-13 oktyabr tarixlərində Azərbaycan Respublikasının İsrail dövlətində səfirliyi və Azərbaycan Hava Yollarının birgə əməkdaşlığı çərçivəsində 72 nəfər Azərbaycan vətəndaşı və Azərbaycan əsilli İsrail vətəndaşları Bakı şəhərinə yola salınıb.
Bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.
Bildirilir ki, şəxslər Mahaçqala, Dubay şəhərləri üzərindən və birbaşa reys vasitəsilə Bakıya yola düşüb.