“İstənilən parlamentdə, elə Avropa parlamentində də qəbul edilən sənəd tövsiyyə xarakteri daşıyır. Bu da qəbul edilən növbəti qətnamələrdən biridir.”
Bu fikirləri “Parlament saatı” proqramında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Cavanşir Feyziyev qeyd edib ki, Ermənistana təsəlli qətnaməsidir.
“Birinci Dünya Müharibəsi ərəfəsində də ermənilərə dövlət yaratmaq sözü verilmişdi. Qərb indi də Qarabağ problemindən ermənilərə dəstək vermək üçün istifadə edir. Amma artıq bu problem həll edilib və Azərbaycan öz suveren ərazilərini bərpa edib”-deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda: