Almaniya İsrailə öz ərazilərini qorumaq üçün iki pilotsuz uçuş aparatı (PUA) göndərəcək.
Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius NATO nazirlərinin Brüsseldə keçirilən iclasında söyləyib.
Pistorius əlavə edib ki, Almaniya Müdafiə Nazirliyinin İsraildən gəmilər üçün sursat tələbləri var. Lakin bu məsələnin müzakirəsi hələ də davam edir.