Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vətənimizin bu günü və sabahı naminə gördüyü işlərlə xalqımızın dərin məhəbbətini qazanıb.
Bunu İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclasında spiker Sahibə Qafarova bildirib.
“Bu gün Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi gücü yaranıb. İlham Əliyevin səyi nəticəsində ölkə iqtisadiyyatı misli görülməmiş artış qeydə alınıb. Bu gün ölkəmizin iqtisadi yüksəlişinin şahidi oluruq. Biz hər il Milli Məclisdə dövlət büdcəsini müzakirə edirik. İldən-ilə görürük ki, dövlət büdcəsi uğurlu siyasət nəticəsində daha da artır. Bundan başqa ölkədə yoxsulluq səviyyəsi 5,5 faizə düşüb. Bu kimi uğurlu nümunələri göstərə bilərik. İlham Əliyev bununla bərabər insan kapitalının inkişafına hər zaman dəstək verib. Bundan başqa dövlət siyasətinin formalaşması üçün bütün sahələrdə işlər aparılır”, - deyə sədr bildirib.