Gələn il Polşa Avropanın ən böyük quru qoşunları təlimlərinə ev sahibliyi edəcək.
Bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının yeni təyin olunmuş rəisi Vislav Kukula bildirib.
"Dragon-24" adlı təlimdə NATO-ya daxil olan müxtəlif ölkələrdən 20 minə yaxın hərbçi iştirak edəcək.
Təlimlərdə Polşa, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Türkiyə, Sloveniya və Albaniya Silahlı Qüvvələrinin quru qoşunlarının bölmələri iştirak edəcək.