Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı Media Mərkəzinin 2 əməkdaşı Yay Olimpiya Oyunlarına dəvət olundu

Bakı Media Mərkəzinin 2 əməkdaşı Yay Olimpiya Oyunlarına dəvət olundu


Bakı Media Mərkəzinin 2 əməkdaşı - Tahir Əliyev və Cavidan Şərifov 2024-cü ildə Parisdə keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarının çəkiliş prosesinə peşəkar mütəxəssis kimi dəvət olunublar.
Yay Olimpiya Oyunları müddətində Tahir Əliyev prodüser, Cavidan Şərifov isə yayım rejissorunun köməkçisi kimi çalışacaq.
Onlar xüsusilə atıcılıq yarışı üzrə çəkilişlərin aparılmasında öz dəstəklərini göstərəcəklər.

33-cü Yay Olimpiya və Paralimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də