Tanınmış meyxanaçı və şair Nizami Rəmzinin qızı narkotik asılılığından əziyyət çəkir.
Bu barədə bloqer Nail Kəmərli videoçarx hazırlayıb.
Yasamal rayonunun Şərifzadə küçəsində istifadəsiz ərazidəki xarabalıqda yaşayan Heyran adlı qadın Nizami Rəmzinin qızı olmasını gizlətməyib. O, atasının adının bu kimi məsələlərdə çəkilməsini istəmədiyini deyib.
Bildirilib ki, tanınmış meyxanaçının qızı gündəlik plastik əşya, metal tullantı toplayıb satmaqla pul qazanır.
Qeyd edək ki, Nizami Rəmzi üç dəfə ailə həyatı qurub. Bu izdivaclardan onun 6 övladı olub. Şairin oğlu Rza Baxşıyev bir müddət əvvəl həbsdən çıxıb.