Almaniyanın "Bild" nəşri son günlər İsrail ordusuna səfərbər edilmiş təxminən 360 000 ehtiyatda olan əsgərlərdən ən yaşlısı olan 95 yaşlı Ezra Yaçinlə müsahibə götürüb.
Təqaüdçü Fələstində Britaniya mandatı dövründə “Lehi” yəhudi təşkilatında döyüşüb.
1947-1949-cu illərdə İsrailin Müstəqillik Müharibəsi zamanı sağ gözünü itirib. O vaxtdan o, bir şey arzusunda idi - azad edilmiş Qüdsü (Yerusəlim) görmək. Bu, 1967-ci ildə baş verdi. Yaçinin sözlərinə görə, o vaxtdan bəri heç nədən qorxmayıb.