Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu il Azərbaycanda 3 595 təkan qeydə alınıb

Bu il Azərbaycanda 3 595 təkan qeydə alınıb


Bu ilin doqquz ayı ərzində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu 8 068 yeraltı təkan qeydə alıb.

Mərkəzdən verilən məlumata görə, bunlardan 3 595-i Azərbaycan ərazisində qeydə alınan təkanlardır.

 Qeyd olunub ki, bu ilin 9 ayında Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan (ml≥3) 62 zəlzələ qeydə alınıb. Doqquz ay ərzində Azərbaycan və ona bitişik ərazilərdə ümumilikdə 28 hiss olunan təkan qeydə alınıb. 13 yeraltı təkan respublika ərazisində, 15 yeraltı təkan isə qonşu ölkələrin ərazilərdə baş verib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də