Xəbər verdiyimiz kimi, Fələstin və İsrail arasında qarşıdurma və gərginlik davam etməkdədir.
Bölgədəki son vəziyyətlə bağlı dünya mətbuatına nəzər salıb.
"The Times of Israel" nəşri yazır ki, İsrail ordusunun məlumatına görə, Qəzza zolağı ilə sərhəd hasarına nəzarət tam bərpa olunub. Bununla belə, bir neçə HƏMAS terrorçusunun İsrailə sızaraq ölkədə qalma ehtimalı var.
Benyamin Netanyahu HƏMAS terroruna “dəhşətli” cavab verəcəyini açıqlayıb. "Əl-Cəzirə" yazıb ki, gecə ərzində Qəzza zolağında 200-dən çox hədəfə zərbə endirilib. Nəşr qeyd edib ki, yerli rəsmilər yaralılara tibbi yardım göstərmək üçün təhlükəsiz dəhlizin açılmasını tələb edir.
İsrail ordusu bildirib ki, HƏMAS silahlılarının İsrail ərazisinə daxil olduğu iki tunel atəşə tutulub. Məlumatda bu tunellərin yeri açıqlanmır, lakin HƏMAS-ın Qəzza zolağından Misirə silah daşımaq üçün yeraltı rabitə şəbəkəsi yaratdığı məlumdur.
"Associated Press" agentliyi HƏMAS-ın Beyrutdakı üzvlərindən birinə istinadən xəbər verir ki, İsrailə qarşı terror hücumu planı, ehtimal ki, HƏMAS-dan yalnız bir neçə nəfərə məlum olub və hücumu 6 komandir təşkil edib.
İsrailin blokada elan etməsindən sonra BMT-nin 13 minə yaxın əməkdaşı Qəzza zolağında qalır. Burada 137 minə yaxın insan BMT-nin sığınacaqlarında yaşayır. İsrail ordusu Qəzza zolağına zərbələr endirməkdə davam edir.