Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda yoluxma sayı artıb - 5 nəfər öldü

Azərbaycanda yoluxma sayı artıb - 5 nəfər öldü


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (02.10.2023-08.10.2023) 361 yeni yoluxma faktı qeydə alınıb, 359 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabinti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 833 550 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 843 nəfər müalicə olunaraq sağalıb, 10 337 nəfər vəfat edib, aktiv xəstə sayı 370 nəfərdir.

 

Ölkədə son həftə ərzində 4 280, hazırkı dövrədək isə 7 692 353 test aparılıb.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də