"Polşa ilə Ukrayna arasında heç bir diplomatik münaqişə yoxdur".
Bunu Polşa prezidenti Anjey Duda "Polsat News" və "Interia" telekanallarına müsahibəsində deyib.
Prezidentin sözlərinə görə, ölkələr arasında danışıqlar davam edir. O, Polşanın müdafiə şirkətlərinin də müqavilələrinin qüvvədə olduğunu vurğulayıb.
“Onlar qətiyyən dayandırılmayıb. Heç bir diplomatik münaqişə yoxdur”, - Duda bildirib.