İsrail kəşfiyyatının HƏMAS-ın hücuma hazırlaşdığı barədə məlumatı olmayıb.
Bunu ABŞ və İsrail rəsmiləri "The New York Times"a bildiriblər.
Onlar bunu kəşfiyyat uğursuzluğu adlandırıblar. Nəşr yazıb ki, HƏMAS İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemini “yatırmağa” nail olub.
NYT qeyd edib ki, sistem "ucuz, lakin ölümcül raketlər yağışı" ilə həddən artıq yüklənib. Avadanlıqların "yaşlı" olması da vurğulanıb.