Türkiyə Əfqanıstana humanitar yardım göndərib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, lazım olan ləvazimatlar, həmçinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) təminatları təyyarələrlə Əfqanıstana göndərilib.
Xatırladaq ki, oktyabrın 7-də Əfqanıstanda 6.3 maqnitudalı zəlzələ olub. Nəticədə 2 445 nəfər ölüb.