ABŞ-ın "Pfizer" şirkəti tərəfindən hazırlanan koronavirus əleyhinə peyvənd ölümə səbəb olub.
RegionTV.info xəbər verir ki, amerikalı həkim "Pfizer" peyvəndini vurduqdan 3 həftə sonra beyin infarktından həyatını itirib. Onun peyvənd olunana qədər heç bir xəstəliyi olmayıb.
Məlumata görə, həkim Qreqori Mişel Miamidə yerləşən "Mount Sinai" sağlamlıq mərkəzində işləyirdi. Florida ştatının səhiyyə orqanları 56 yaşlı həkimin ölüm səbəbini araşdırır.
Xəbəri paylaş