ABŞ Prezidenti Cozef Bayden HƏMAS-ın hücumları ilə əlaqədar İsrailə əlavə hərbi yardım göndərilməsi barədə tapşırıq verib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Ağ Evin Milli Təhlükəsizlik Qrupu prezident və vitse-prezidentə İsraildəki vəziyyətlə bağlı məlumat verib. Prezident HƏMAS-ın hücumu ilə əlaqədar İsrailə əlavə yardım göndərmək qərarına gəlib", - məlumatda bildirilib.
Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumu nəticəsində çoxlu sayda insan həlak olub. Ölkədə “müharibə vəziyyəti” elan edilib.