İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə fövqəladə vəziyyət elan edib.
Bu barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb .
Nazir, həmçinin hüquq-mühafizə orqanlarına könüllülərin cəlb edilməsi ilə bağlı göstəriş verib. Onun sözlərinə görə, ordu tam döyüş hazırlığındadır.
Ben-Qvir əlavə edib ki, Qəzza zolağından hücumlar başlayandan bəri ən azı 22 nəfər ölüb, 500-dən çox insan yaralanıb və daha bir neçə mülki şəxs əsir götürülüb.