Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyalı sərhədçi admiral Bakıya gəldi - Elçin Quliyevlə görüşdü

Rusiyalı sərhədçi admiral Bakıya gəldi - Elçin Quliyevlə görüşdü 



Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2023-2024-cü illər üçün Tədbirlər Planı üzrə fəaliyyətlər uğurla davam etdirilir.

Bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

 Tədbirlər çərçivəsində 04-06 oktyabr tarixlərində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəhbərinin müavini – Sahil Mühafizəsi Departamentinin rəisi vitse-admiral R.Tolokun rəhbərliyi ilə “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına dostluq səfəri edib.

 Səfər zamanı Rusiya nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də