Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Efirə çıxan ana: "Təcili tibbi yardımın həkimi dedi ki, oğlumun içinə cin girib" - VİDEO




"Tarixin bir günü" ictimai-sosial verilişinə pənah gətirən Solmaz adlı bir xanım şizofreniya xəstəliyindən əziyyət çəkən oğlu ilə bağlı şok iddia irəli sürüb

Ananın sözlərinə görə, bir müddət əvvəl vəziyyəti ağırlaşan övladı üçün çağırdığı təcili tibbi yardımın həkimi iddia edib ki, oğlunun içinə cin girib.

"Təcili tibbi yardıma zəng vurub söylədim ki, oğlumun vəziyyəti kritikdir, evdə hər şeyi sındırıb, dağıdıb. Bunu sakitləşdirmək üçün həkim briqadaya ehtiyac var. Mənə təcili yardımın həkimi dedi ki, "əgər oğlun belə şeylər edirsə, onun cini var". Söylədi ki, "oğlunu yalnız bizə polis gəlib, təhvil verə bilər".

Ananın sözlərinə görə, bir müddət əvvəl vəziyyəti ağırlaşan övladı üçün çağırdığı təcili tibbi yardımın həkimi iddia edib ki, oğlunun içinə cin girib.

Oğlumu o an telefona çəkməyə "cin çıxaran" oğlan icazə vermədi. Söylədi ki, cinin biri başında, digəri boğazında, o birisi isə göbəyindədir. Dedi ki, mənim çıxartdığım cin isə boğazındakı idi. İnanıram ki, həmin "cin çıxaran" oğlan Türkiyədən gəlsə, digər iki cini də oğlumun bədənindən çıxara biləcək. Ona inanıram", - deyə Solmaz adlı xanım vurğulayıb. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də