Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb.
Bu barədə Rusiya Dövlət Dumasının deputatı və Adəm Kadırovun əmisi Adəm Delimxanov "Telegram"da bildirib.
“Şübhəsiz ki, əziz qardaşım oğlu Adəm Ramzanoviç müstəsna bacarıqlı, hərtərəfli təhsilli və məqsədyönlü gəncin parlaq nümunəsidir. O, çox gənc yaşlarından liderlik və təşkilatçılıq keyfiyyətləri nümayiş etdirib, həmişə öz inkişafı üçün can atıb”, - deyə Dəlimxanov yazıb.