Azərbaycanın cənub-qərbində, Ermənistan və İranla sərhəddə yerləşən Zəngilan bölgəsi böyük strateji əhəmiyyətə malikdir – Bakı-Culfa-Naxçıvan magistral dəmir yolları Zəngilandan keçir. Birinci Qarabağ müharibəsi zamanı Zəngilan sakinləri 67 gün işğalçılara müqavimət göstərdilər. Lakin 29 oktyabr 1993-cü ildə erməni hərbi birləşmələri Dağlıq Qarabağ ətrafındakı son bölgənin işğalını tamamladı. Yalnız 27 il sonra Azərbaycan Ordusu Zəngilanı azad etdi.
Azərbaycan Silahlı Qüvvələrinin zabiti “salamlarını” internet üzərindən sosial şəbəkələrdə qalmaqallı çıxışlar edən, yalançı vətənpərvər ritorikadan istifadə edərək “Vkontakte” sosial şəbəkəsində “Antitopor” qrupunu yaradan, Rus internetinin erməni seqmentində avantürist və saxtakar kimi tanınan bloger Vadim Arutyunova çatdırıb.
RegionTv.info xəbər verir ki, video müraciəti həmyerlimiz Teleqram kanallar vasitəsi ilə yayımlayıb.
Müraciətdə deyilir: “Vadim, bir neçə ildir boş-boş nağıllar danışır, xalqımıza və ölkəmizə çamur atır, özünüzü informasiya müharibəsinin əsgəri adlandırırdınız, bizi quldur kimi təqdim edirdiniz. Deyirdiniz ki, ermənilər dünyanın ən mədəni xalqıdır. Hər bir mədəni insan bəşəriyyəti barışa çağırmalıdır, ancaq siz düşmənçilik əkmişsiniz. Keçib getdiyiniz bu torpaqlarımızda nələr etdiniz?! Hər tərəfi xaraba qoydunuz. Yer üzündəki ən mədəni millətin nümayəndələrini məhv etmək üçün Azərbaycanda yaşayan xalqlar arasında düşmənçilik səpməyə çalışdınız. Amma Allaha şükürlər olsun ki, bacarmadınız. Burada döyüşən, bu torpaqlarda şəhid olan uşaqlarımız arasında Azərbaycanın müxtəlif xalqlarının nümayəndələri var idi. Onlar lazımi anda vətənlərini qorumaq üçün ayağa qalxdılar”.
Sonda azərbaycanlı hərbiçi deyib: “İndi qərar verin: sülh içində yaşayaq, yoxsa yenidən düşmən olaq?”
[media=https://youtu.be/Zet51pdLdOk]
Xəbəri paylaş