Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirəcək.
A qrupunda yer alan yığma favoritlərdən sayılan Qazaxıstanla qarşılaşacaq.
Vitali Borisovun yetirmələri rəqibini Bakı İdman Sarayında qəbul edəcək. Qazaxıstan ilk iki görüşündə qələbə qazanıbsa, millimiz Rumıniyaya məğlub olub (1:3), Niderlanda qalib gəlib (6:1).
Saat 20:00-da başlayacaq matçı finlandiyalı hakimlər Kirill Naişouler, Arttu Kyynaeraeynen və Paavo Komppa idarə edəcəklər.