"Azərbaycan lideri İlham Əliyev mənimlə söhbətində Dağlıq Qarabağda erməni əhalisinin təhlükəsizliyini təmin edəcəyinə söz verib.Bildiyiniz kimi, mən prezident Əliyevlə danışmışam. Amma əvvəllər də danışmışıq və o, məni inandırırdı ki, nə olursa olsun, Qarabağın erməni əhalisinin təhlükəsizliyini və hüquqlarını təmin edəcək. Amma indi orada erməni yoxdur. Onlar getdi. Bəlkə 1-1,5 min adam qalıb".
Bunu Rusiya Prezidenti Vladimir Putin Valday beynəlxalq müzakirə klubunun plenar iclasında deyib.
Rusiya Prezidentinin sözlərinə görə, bütün ərazi məsələləri həll edildikdən sonra Azərbaycan rəhbərliyi erməni əhalisi və Dağlıq Qarabağın keçmiş "rəhbər"lərinə münasibətdə humanitar xarakterli mülahizələrdən çıxış edəcək.