Rusiya prezidenti Vladimir Putin deyib ki, sanksiyalar güc aktıdır, lakin fərqli formada təqdim olunur.
Bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, əvvəllər danışdığı “Gərək, məcbursan, xəbərdarlıq edirik” qışqırmaları da güc və bu elementlərdən istifadə cəhdidir.
Bundan əvvəl Putin demişdi ki, Rusiyaya xarici təzyiqlər onun öz istehsalının artması üçün stimul olub.
O, qubernatorların fəaliyyətinin prioritetləri sırasında infrastrukturun inkişafı və peşəkar kadrların hazırlanmasının olduğunu vurğulayıb.