"Azərbaycanda bütün su ehtiyatları və su obyektləri haqqında ümumi məlumatı əks etdirən elektron su xəritəsi hazırlanıb".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, xəritə sayəsində suya aid olan bütün parametrləri xəritə üzərində əks etdirməklə məlumat almaq mümkündür:
"Xəritə hansısa əraziləri su basması haqqında əvvəldən məlumat əldə edilməsinə imkan verəcək".