Milli Hidrometeorologiya Xidmətində dövlət investisiyası layihələri və beynəlxalq təşkilatların dəstəyi çərçivəsində ölkədə təhlükəli atmosfer hadisələrinə dair Erkən Xəbərdarlıq Sisteminin yaradılması məqsədilə ilk addım kimi iki ədəd yeni Doppler hava radar sistemlərinin (Şamaxı və Göygöldə) tətbiqindən sonra Situasiya Mərkəzi yaradılıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov jurnalistlərə açıqlamasında məlumat verib.