Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
İclasın gündəliyinə iki məsələ daxil edilib.
1. “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
Qeyd edək ki, iclasda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və digər salahiyyətli şəxslər iştirak edir.