Hörmətli izləyicilər. Bu kadırları İmişli rayon Mərkəzi xəstəxanasının tabeçliyində olan rayonun 2 ci Cəfərli kənd ərazisində fəaliyyət göstərən Tibb məntəqəsindən lentə almışıq. Məntəqənin rəhbəri Türkan Qurban qızı Quliyevadır. O, işinə biganəlik göstərərək dövlət idarəsində heç kimin olmadığı halda açıq saxlayır. Özüdə açıq qalmış tibb məntəqəsinin qapsına lövhə asıb ki, güya o xəstə çağrışına gedib. Amma biz lövhədə göstərilən mobil nömrə ilə Türkan xanımı nə qədər arasaqda zəngimizə cavab verilmədi.Bu səbəbdən də onu tapa bilmədik. Daha doğrusu mobil telefon söndürülmüş dür. Bir neçə saat keçdikdən sonra biz yenidən Türkan xanımla mobil telefon əlaqəsi saxlayanda telefona cavab verərək xəstə çağrışına getdiyini bildirdi. Mən Türkan xanımdan niyə dövlət balansında olan Tibb məntəqəsini heç kim olmadan açıq saxlamasının və lövhədə göstərilən nömrəyə zəng çatmamasınln səbəbini soruşanda bildirdi ki, rayon mərkəzi xəstəxananın direktorunun göstərişidir ki, tibbi müəssisələr bütün iş saatında açıq saxlanılsın ki, müraciət edən xəstə vətəndaşlar əziyyət çəkməsin. Amma araşdırma zamanı məlum oldu ki, direktor belə göstəriş verəndə qətiyyətlə bildirib ki, Tibbi müəssisədə işçilərdən olmaq şərtilə tibbi müəssisələr açıq saxlanıla bilər.Amma Türkan xanım isə məntəqəni boş olduğu halda da açıq saxlayır.Buda tamamilə dövlıt qanuna zidd bir addımdır. Bəs Türkan Qurban qızının bu özbaşnalığına adiyyatı qrumların münasibəti necədir? İndi də sözügedən tibb məntəqəsin dən hazırladığımız sujetə sizləridə baxmağa dəvət edirik. Redaksiya mövzuda adı çəkilən Türkan Quliyevanında mövqeyin dinləyib ictimayyiləşdirməyə hazırdır.
MEHMAN MƏMMƏD OĞLU