Sport24 xəbər verir ki, fransalı Kərim Benzemanın çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu ilə İranın "Sepahan" klubu arasında keçirilən AFC Çempionlar Liqası matçı siyasi qalmaqala görə ləğv edilib.
Əl-İttifaq İranın hərbi lideri Qasım Süleymaninin abidəsinin stadiondan götürülməsini tələb edib. Səudiyyə klubu meydana çıxmaqdan imtina edib.
Səudiyyə klubu uzun müddət gözlədikdən sonra stadionu tərk edib.
İndi “Əl-İttifaq”ı 0:3 hesablı texniki məğlubiyyət gözləyir. AFC Çempionlar Liqasının C qrupunda ilk turdan sonra “Əl İttifaq” üç, “Sepahan” birinci turdan sonra bir xal toplayıb.
Turnirin hazırkı qalibi yaponiyalı Uravadır.
İyunun 6-da Benzema Real Madriddən ayrılaraq Səudiyyə Ərəbistanı klubu ilə 2026-cı ilə qədər müqavilə imzalayıb. Ötən mövsüm İspaniya çempionatında Benzema 23 oyun keçirib, 18 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bundan əvvəl Benzema Səudiyyə Ərəbistanı çempionatının inkişaf etməsi üçün nələr edilməli olduğu haqda danışmışdı.