Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda vəzifəli şəxsin övladının məclisi qan gölünə çevrildi, ölən və yaralılar var


Sumqayıt şəhərində yerləşən şadlıq sarayının birində kütləvi davada ölən və yaralıların olduğu bildirilib.

Hadisə şəhər ərazisindəki şadlıq saraylarından birindəki toy məclisində baş verib.

Məlumata görə, Sumqayıtda toyda tərəflər arasında düşən dava Saray qəsəbəsi parkında davam etdirilib, İçkili tərəflər arasında gərginlik bir neçə nəfər bıçaqlanması ilə nəticələnib. Hadisə nəticəsində bıçaqlanan şəxslərdən biri ölüb, bir neçə nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qan gölünə çevrilən toy vəzifəli şəxslərdən birinin övladının məclisi olduğu da deyilib.

Hazırda faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də