Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar Bayraktar "Akıncı" PUA-larının Ukraynaya transferi məsələsini nəzərdən keçirdiyini bildirib.
O, "Azadlıq radiosu"na müsahibəsində bu barədə danışıb.
Bayraktar aydınlaşdırıb ki, Ukraynada bu və ya digər tipli PUA istehsalı üçün Türkiyə hökumətindən icazə almaq lazımdır. O, yeni PUA-ların mümkün göndərilməsinin vaxtı dəqiqləşdirilməyib.
“Akıncı"ya gəlincə, bildiyim qədər bu məsələ nəzərdən keçirilir”, - Bayraktar deyib.
İyul ayında Türkiyə və Ukrayna birgə PUA istehsalının inkişafına dair memorandum imzalayıb. Elə həmin ay Ukraynada "Bayraktar" pilotsuz uçan aparat istehsalı müəssisəsinin tikintisinə başlanılıb. Haluk Bayraktar 2025-ci ildə ölkədə "Bayraktar TB2" və "Akıncı" istehsalına başlamağı gözlədiyini söyləyib. İstehsalçı zavoda 100 milyon dollar sərmayə qoyacaq.