Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Marina van Kerkhove koronavirusun “Britaniya ştammı”nın daha sürətli yayılmasını təsdiqləyib.
RegionTV.info xəbər verir ki, Van Kerkhove infeksiya haqqında daima yeni məlumatlar gəldiyini qeyd edib.
O da vurğulanır ki, koronavirusun adi variantı “Britaniya ştammı” qədər sürətlə yayılmır.
“Biz 1.1-dən 1.5-ə qədər artan reproduktiv saya istinad edirik”, - deyə o, izah edib.
Ancaq virusun yayılma yolu dəyişməz olaraq qalır. Həmçinin yeni ştammın daha təhlükəli olduğuna dair heç bir dəlil yoxdur.
“Müvafiq olaraq, fərdi qoruyucu vasitələrin istifadəsi də daxil olmaqla, bu virusa qarşı apardığımız mübarizədə heç bir dəyişiklik yoxdur”, - deyə ekspert əlavə edib.
Xəbəri paylaş