Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Laçın şəhərinin Baş Planı üzərində işləri başa çatdırmaq üzrədir.
Bunu Komitənin sədri Anar Quliyev rəhbərlik etdiyi qurumun və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda keçirdiyi “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə bildirib.
"İşğaldan azad edilmiş ərazilərin əksəriyyətinin Baş Planı hazırlanıb. Kəndlərin böyük hissəsinin ərazi planlama sənədi hazırlanıb və təsdiq edilib", - deyə o qeyd edib.