
RegionTV.info xəbər verir ki, hadisə 8-ci kilometr bazarının yaxınlığında qeydə alınıb. 1979-cu il təvəllüdlü Səfərov İmran Mustafa oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. O, ürəyindən bıçaq xəsarəti alaraq hadisə yerində keçinib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.