Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həcər, Tomris, Nizaminin Nüşabəsi kimi bir qadın idi - VİDEO

Həcər, Tomris, Nizaminin Nüşabəsi kimi bir qadın idi - VİDEO

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ll Fəxri xiyabanda torpağa tapşırılıb. Mərhumun dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Dəfn mərasimində iştirak edən Xalq artisti Şamil Süleymanlı  danışıb.

Şamil Süleymanlı Qənirə Paşayevanın yaşlı nəsildən cavan nəsilə qədər hər kəsə xidmətlərinin olduğunu deyib:

 “Qənirə xanım barəsində sabahadan hamı yaxşı şeylər danışır. Onun göstərdiyi fəaliyyətləri, 44 günlük Vətən mühairbəsi zamanı hərbi formada Tovuzda yaralanması hamıya məlumdur. Bütün bunları hamı bilir. Bu dünyada onun yaşlı, cavan hər kəsə böyük xidmətləri olub. O, Həcər kimi, Tomris kimi, Nizaminin Nüşabəsi kimi bir qadın idi. Sənin zəhmətin yerdə qalmadı, bacım. Səni cənnətin qapısında gözləyənlər var. Hamısı səni gülə-gülə görüb, farağat komandasında dayanacaqlar. Sənin qabağından keçəcək, sən də o paradı qəbul edəcəksən. Allah sənə rəhmət etsin!”

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də