Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu həftə Brüsseldə mətbuat konfransı keçirib.
O, rəsmi Bakının Cənubi Qafqazda sülh və sabitliyə sadiq olduğunu bildirib.
O qeyd edib ki, regionda sülhün təmin olunması üçün diplomatiya və əməkdaşlıq vacibdir. Prezidentin köməkçisi konfrans iştirakçılarına Azərbaycanın ötən 30 il ərzində Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu və bu məqsədə nail olmaq üçün beynəlxalq tərəfdaşlarla konstruktiv dialoq apardığını xatırladıb.
Rəsmi Bakının avropalı tərəfdaşlarla əməkdaşlığından da söz açan H.Hacıyev Azərbaycanın bu əməkdaşlığı genişləndirilməsi prosesinə sadiq qaldığına da söyləyib: