Qarabada ləğv edilmiş qondarma rejimin “keçmiş müdafiə naziri” Levon Mnatsakanyan Ermənistana keçmək istəyərkən saxlanılıb.
Bu barədə Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.
Onun Qarabağdan Ermənistana getmək istəyərkən "Laçın" sərhəd-buraxılış məntəqəsində Azərbaycan hərbçiləri tərəfindən saxlanıldığı bildirilir.
Rusiyanın dövlətə məxsus TASS informasiya agentliyinin mənbəsi də məlumatı təsdiq edib.
Levon Mnatsakanyan general-leytenant hərbi rütbəsi daşıyır. O, 2015-ci ildən 2018-ci ilin dekabr ayına kimi Qarabağ separatçılarının "müdafiə naziri" olub.