Ukraynanın Enerji Departamenti işıqların kəsilməsi halında işıqlandırma cədvəllərinə tabe olmayacaq həssas istifadəçilərin məlumat bazasını yaradacaq.
Bu barədə "Unian" məlumat yayıb.
Bildirilib ki, bu kateqoriyalara aşağıdakılar daxildir:
▪️Subsidiya alanlar.
▪️I və II qrup əlillər.
▪️Uşaq evlərini idarə edən şəxslər.
▪️Çoxuşaqlı və aztəminatlı ailələr.
▪️Övladlığa götürülmüş ailələr.
▪️Həyatı və sağlamlığı tibbi avadanlıqların fasiləsiz işləməsindən asılı olan şəxslər.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.